Çində daha 930 nəfər koronavirusdan sağaldı

XƏBƏR
09:48
17 Mart 2020
60

Ötən sutka ərzində Çində yeni tip koronavirusa (COVID-2019) 21 yoluxma halı və 13 ölüm faktı qeydə alınıb.

Sabah.az xəbər verir ki, Çinin Səhiyyə Komitəsindən verilən məlumata əsasən, son sutka ərzində virusdan 930 xəstə sağalaraq evə buraxılıb.

Ümumilikdə ölkədə indiyədək koronavirusa yoluxanların sayı 80 min 881 nəfər, bu virus səbəbindən ölənlərin sayı 3 226 nəfər, sağalanların sayı isə 68 min 800 nəfər olub.

Xəbər lenti