Prezident apellyasiya məhkəmələrinə hakimlər təyin etdi

XƏBƏR
16:10
24 Dekabr 2021
669

Prezident İlham Əliyev Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Qərar imzalayıb.

Sabah.az xəbər verir ki, Qərara əsasən, aşağıdakı hakimlər Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilirlər:

1.1. Hüseyn Cavid Vaqif oğlu,

1.2. Oruczadə Aytən Pənah qızı.

2. Aşağıdakı hakimlər Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilirlər:

2.1. Həsənov İslam Telman oğlu,

2.2. İsgəndərova Aygül Vulqar qızı.

3. Məmmədov Zahid Tahir oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.

4. Cavadova Günay İsmayıl qızı Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.

5. Aşağıdakı hakimlər Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilirlər:

5.1. Abdullayev İlkin Qismət oğlu,

5.2. İsmayılov Orxan Nadir oğlu.

6. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti