Türkiyədən bu gün qayıdacaq azərbaycanlılar üçün uçuş vaxtı açıqlandı

XƏBƏR
09:17
17 Mart 2020
43

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərlə bağlı növbəti çarter reys həyata keçiriləcək.

Sabah.az xəbər verir ki, Türk Hava Yollarından “Report”a verilən məlumata görə, Bakıya olan uçuşa yalnız Azərbaycan vətəndaşları, İstanbul şəhərinə nəzərdə tutulan uçuşa isə Türkiyə vətəndaşları qəbul ediləcək.

TK 68 90-91:

ISTANBUL - GYD -11:00 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

GYD - İSTANBUL - 15:50 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları

Xəbər lenti