Gömrük Komitəsi sərxoş halda qəza törədən sürücü ilə bağlı açıqlama yaydı - Fotolar

XƏBƏR
11:30
23 Dekabr 2021
409

Dövlət Gömrük Komitəsi dünən gecə saatlarında sərxoş vəziyyətdə qəza törədən şəxsin komitənin əməkdaşı olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sabah.az xəbər verir ki, komitənin mətbuat katibi Natiq Axundov bildirib ki, sürücü, Vəliyev Samir Bəhram oğlu adlı şəxs gömrük orqanlarında xidmət etmir və yayılan məlumatlar həqiqətə uyğun deyil.

İlkin məlumatda qeyd edilmişdi ki, S.Vəliyev Beynəlxalq Hava Limanında xidmətə çıxan Dövlət Gömrük Komitəsinin leytenant xüsusi rütbəsində olan zabitidir.

Qəza hadisəsi Novxanı qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Samir Vəliyev ağır dərəcəli sərxoş halda idarə etdiyi “KİA Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “KİA Rio” markalı maşına çırpılıb. “KİA Rio” markalı maşının sərnişini, 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.

Xəbər lenti