Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib.
Sabah.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, Azərbaycan vətəndaşı Nəcimətdinov Sədi Həsən oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq törədib.
S.Nəcimətdinov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. O, Rusiya Federasiyası ərazisində müəyyən edilərək 2021-ci ilin martında barəsində həbs qətimkan tədbiri seçilib.
S.Nəcimətdinov dekabrın 22-də Rusiyadan Azərbaycana gətirilib.
Daha çox