Deputat olmaq fikrindən vaz keçənlər...

XƏBƏR
08:13
7 Fevral 2020
118

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Sabah.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 319 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edib.

Hazırda deputatlığa namizədlərin sayı 1317 nəfərdir.

Qeyd edək ki, fevralın 5-də MSK 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

Xəbər lenti