Dövlət başçısı bu Sazişi təsdiqlədi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Sabah.az xəbər verir ki, Fərmanda deyilir:
1. 2021-ci il sentyabrın 22-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan tərəfinə bildiriş göndərsin.
Daha çox