Avtomobil kanala düşdü - Ölən və yaralananlar var

HADİSƏ
00:50
17 Mart 2020
62

Bərdə rayonunun Lənbərən kəndi ərazisində minik avtomobili kanala düşüb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, sürücü idarəetməni itirməsi nəticəsində avtomobil aşaraq su kanalına düşüb.

Avtomobildə olan qadın sərnişin həyatını itirib. 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, xəsarət alanlar Gəncə şəhər Gülüstan qəsəbə sakinləri -  1988-ci il təvəllüdlü Mirzəyeva Günel İbrahim qızı, sürücü 1993-cü il təvəllüdlü Xuduzadə Ceyhun İlham oğlu, 1972-ci il təvəllüdlü Həsənova Heyran Kamran qızı və 1991-ci il təvəllüdlü Mirzəyeva Səxavət Yaqub oğludur. 

Qəza zamanı dünyasını dəyişən isə 1973-cü il təvəllüdlü Həsənova Sədagül Qəşəm qızıdır.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər lenti