BDU-nun şöbə müdiri koronavirusdan vəfat etdi
Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev bu gün səhər saatlarında vəfat edib.
Sabah.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, 76 yaşlı müəllim COVID-19-dan dünyasını dəyişib.
Qeyd edək ki, A.Xasayev 1992-2016-cı illərdə BDU-nun Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. 150-dən artıq elmi əsərin , o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.
Daha çox