Türkiyə Avro-2020-ni təkbaşına keçirməyi təklif etdi
Türkiyə UEFA-ya Avro-2020-nin yeganə ev sahibi olmağı təklif edib.
Sabah.az xəbər verir ki, bu barədə İspaniya "AS" nəşri məlumat yayıb.
Bildirilib ki, Türkiyə Futbol Federasiyası ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanla UEFA prezidenti Aleksandr Çeferin arasında yaxşı münasibətlərə etibar edir.
Türklərin əsas arqumenti isə ölkədə koronavirusa az sayda insanın yoluxmasıdır. Ancaq UEFA turniri təxirə salmağı planlaşdırdığı üçün bu üstünlüklərin türklərə böyük ehtimalla kömək etməyəcəyi vurğulanıb.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatı (Avro-2020) cari ilin iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməlidir.
Daha çox