İranlı məşqçi koronavirusdan öldü

İDMAN
23:00
16 Mart 2020
108

İranda futbol və futzal üzrə məşqçi Ahmad Taheri koronavirusdan ölüb.

Sabah.az xəbər verir ki, bu barədə "Tehran Times" məlumat yayıb.

Bildirilib ki, məşqçi 4 ay əvvəl beyin şişini çıxarmaq üçün əməliyyat olunduqdan sonra onun immun sistemi zəifləyib.

Qeyd edək ki, İspaniyanın həvəskarlar liqasında çıxış edən "Atletiko Portado Alta" klubunun oynayan məşqçisi Fransisko Qarsiya da koronavirusdan ölüb.

Xəbər lenti