Daha 237 Azərbaycanlı vətənə gətirildi - AZAL
Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar hökumətin tapşırığı ilə Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 16-da Bakı-İstanbul-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirilib.
Sabah.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 22:04 radələrində Bakıya enmiş həmin reyslə 237 nəfər Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılıb.
Xatırladaq ki, daha əvvəl martın 15-də İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı gətirilib.
Daha çox