Hacıqabula qadın prokuror təyin edildi

ÖLKƏ
12:04
17 Dekabr 2021
1289

Hacıqabul rayonuna yeni prokuror təyin edilib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş prokuror Kamran Əliyevin digər əmri ilə Hacıqabul rayon prokuroru olmuş Rövşən Maqsudov Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Xəbər lenti