Bu ərazilərimizə qar yağdı

ÖLKƏ
22:38
16 Mart 2020
104

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilib ki, martın 16-sı saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 30 m/s, Neftçalada 26 m/s, Tər-tər, Ələt, Gəncə və Tovuzda 18 m/s, Sumqayıt və Zabratda 20 m/s, Bakıda 26 m/s, Maştağada 25 m/s, Neft Daşlarında 23 m/s- dək güclənib.

Şahbuz, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Xaçmaz, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Tər-tər, Zərdab, Yardımlı, Lənkəran, Astara, Kişçay (Şəki) və Xaltanda yağış, Şahdağ, Qrız, Xınalıq, Sarıbaş(Şəki), Gədəbəy, Daşkəsən və Göygöldə qar yağıb.

Xəbər lenti