Tıxac səbəbindən avtobuslar gecikir - Fotolar

XƏBƏR
09:22
16 Dekabr 2021
1092

Hazırda paytaxt yollarında, xüsusəndə əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.

Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən də bir sıra istiqamətlər üzrə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ləngimə var.

Heydər Əliyev prospektindən şəhər istiqamətinə bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən  məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir. Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 ədəd avtobus tıxac qalıb və hərəkət qrafikindən gecikir.

Ziya Bünyadov prospektindən 20 yanvar istiqamətinə 11, 24, 7A, 7B N-li münətəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

Bakı-Sumqayıt şossesindən mərkəz istiqamətinə də analoji hal yaşanır. Bu səbəbdən  həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

Xəbər lenti