Hava limanında 3 tibb məntəqəsi yaradılıb
“Artıq ölkəmizə Avropadan gələnlər var. Bununla əlaqədar dövlət qurumlarımızla sıx şəkildə işləyirik”.
Sabah.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“TƏBİB-in mütəxəssisləri hava limanında fəaliyyət göstərirlər. Biz gördüyümüz bütün işləri alqoritm şəklində hazırlamışıq. Hava limanında 3 tibb məntəqəsi yaratmışıq. Bəzi ölkələr var ki, epidemiyanın episentri hesab olunur. Həmin ölkədən gələnlər bilavasitə karantin müəssislərinə göndərilir. Digər ölkələrdən gələnlər isə TƏBİB tibb məntəqələrinə yönləndirilir. Orada onların müvafiq müayinəsi həyata keçirilir. Əgər simptomları varsa, karantinə göndərilir. Simptomları yoxdursa, onlara bukletlər təqdim olunur və evə göndərilirlər.
TƏBİB tabeliyində olan 3 mindən çox tibb müəssisəsi tam səfərbər olmuş vəziyyətdədir. Sahə həkimlərinə və pediatrlara onlayn təlimlər keçirilir, alqoritm verilib. Biz iki istiqamətdə iş görürük. Bütün poliklinikalarda “qaynar xətlər” ayrılıb. Dövlət Sərhəd Xidməti sərhədi keçmiş şəxslərin siyahısını elektron formada bizə göndərir. Lazımi tədbirlər görülür. Biz bu insanların vəziyyəti barədə daim məlumat alırıq. Bütün bu tədbirlər xəstəliyin yayılmasının qarşısını almağa yönəlib. Statistik göstəricilərdə artım yoxdur. Bu, onu göstərir ki, bu gün vəziyyət tam nəzarət altındadır”, - deyə İdarə Heyətinin sədri diqqətə çatdırıb”, - deyə R.Bayramlı bildirib.
Daha çox