20 yaşlı dayısı oğlunu qətlə yetirdi
Ağstafada 23 yaşlı gənc 20 yaşlı dayısı oğlunu bıçaqlayıb.
Sabah.az xəbər verir ki, Prokurorluqdan verilən məlumata görə, dekabrın 14-də Ağstafa rayonu Köçəsgər kənd sakini 1998-ci il təvəllüdlü Əli Əsgərovun yaşadıqları kəndin ərazisindən keçən su kanalının yaxınlığında dayısı oğlu 2001-ci il təvəllüdlü Çingiz Vəlizadəyə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Əli Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.
Daha çox