AZAL-dan ləğv olunmuş reyslərin biletləri ilə bağlı - Açıqlama

XƏBƏR
21:57
16 Mart 2020
69

Qlobal pandemiya hesab olunan koranavirus səbəbindən ləğv olunmuş reyslər üzrə əldə edilmiş aviabiletləri uçuş tarixindən sonra da qaytarıb ödənişi geri almaq mümkündür.

Sabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) məlumat yayıb.

Bildirilib ki, sərnişinlərə ödənişlərin tam şəkildə geri qaytarılacağına zəmanət verilir:

“Xahiş olunur, təşvişə qapılmayasınız və müştəri xidmətlərinin cavabını gözləyəsiniz. Bütün müraciətlərə növbə ilə baxılır. Anlayışınız üçün təşəkkür edirik”.

Xəbər lenti