“Əlindəki telefonu alıb baxdım, amma qəbul etmədim”

ÖLKƏ
15:02
14 Dekabr 2021
1207

Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sabha.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda məlum olub ki, haqqında məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul olunan Ziya Məmmədov “iTicket.az” saytının rəhbəridir. Z.Məmmədov bu dəfə də məhkəməyə gəlməyib. A.Abdullayev və vəkili buna etiraz edib.

A.Abdullayev buna etiraz edərək deyib ki, Ziya Məmmədovun ofisi də məhkəmənin yanındadır:

“Məhkəməyə gəlsəydi, sualları cavablandıra bilərdi. Zərərçəkmiş şəxslərdən pul istəməmişəm. Ziya ilə görüşəndə gördüm ki, əlində qatlanan “Samsung” telefonu var, alıb baxdım, qəşəng telefon olduğunu dedim. Əlindəki telefonu mənə vermək istəsə də, qəbul etmədim. Həmin vaxt əlimdəki telefonun ekranının sınıq olduğunu gördü. Bir neçə gün sonra telefon alıb göndərdi. Allaha and olsun ki, mən bu adamlardan heç nə almamışam.

Mən nədə günahkar olduğumu bilirəm, buna görə də üzr istəmişəm, 10 dəfə də istəməyə hazıram”.

Məhkəmədə zərərçəkmiş qismində tanınan Elmar Əliyev mülki iddia qaldıraraq ona dəymiş ziyanın ödənilməsini tələb edib.

Növbəti proses dekabrın 21-ə təyin olunub.

Xəbər lenti