UEFA səhvə yol verdi - ÇL püşkatması təkrarlanacaq

İDMAN
17:10
13 Dekabr 2021
1200

UEFA Çempionlar Liqasının püşkatma mərasimi təkrar keçiriləcək.

Sabah.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, buna səbəb püşkatma zamanı səhvə yol verilməsidir.

Mərasimdə “Vilyareal” və “Mançester Yunayted” klubları eyni qrupda yer alsalar da, 1/8 finalda bir-birinə rəqib olublar. Sonradan təşkilatçılar bunun yanlış olduğunu bildirib onların adlarının olduğu qutuları yenidən səbətə atıblar.

Təkrar püşkatma saat 18:00-da başlayacaq.

Xəbər lenti