Premyer Liqamızın bütün klubları məşqlərini dayandırdı

İDMAN
21:10
16 Mart 2020
61

"Qarabağ" da fəaliyyətini müvəqqəti dayandırmağa qərar verib.

Sabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar "Qarabağ"ın əsas, əvəzedici komandalarının və "Qarabağ" Futbol Akademiyasının məşqləri qeyri-müəyyən müddətə dayandırılıb.

Bununla da artıq futbol üzrə Azərbaycan Premyer Liqasının bütün iştirakçıları məşqlərini dayandırmış oldu.

Xəbər lenti