Ağsu sakinlərindən odlu silahlar götürülüb

XƏBƏR
17:01
11 Dekabr 2021
895

Ağsu sakinlərindən odlu silahlar götürülüb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı Göydəlləkli kənd sakini Rəvan Mehdiyevdən və Axunlu kənd sakini Mahir Qədirovdan qanunsuz olaraq saxladıqları iki ov tüfəngi götürülərək aidiyyatı üzrə təhvil verilib.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti