Bu rəis vəzifədən “vuruldu”
Bakı Ağır Cinayətlər Məhkəməsində İcra Şöbəsinin rəisi Mübariz Məmmədov işdən azad edilib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ədliyyə polkovniki və baş ədliyyə müşaviri olan M.Məmmədov işində yol verdiyi nöqsanlara görə vəzifədən “vurulub”.
Qeyd edək ki, o, 3 ilə yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi idi.
İlkin məlumata görə, Mübariz Məmmədov daha aşağı vəzifəyə - Yasamal Rayon Məhkəməsinin icra şöbəsinə göndərilib.
Daha çox