Qubada silah-sursat aşkarlandı

XƏBƏR
12:42
11 Dekabr 2021
759

Quba rayonunda silah-sursat aşkarlanıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Dağlı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşları Quba-Qusar yolunun sol tərəfində yerləşən “Gülüstan” gölünün kənarından ağ polietilen kisəyə bükülmüş 2 ədəd 16 kalibrli qoşalüləli tüfəng, 1 ədəd ov tüfənginə məxsus lülə və 81 ədəd avtomat patronu aşkar edərək götürüblər.

Bundan əlavə olaraq RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən rayon sakini İzzət Əhmədova məxsus avtomobildən 1 ədəd sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.

Xəbər lenti