Yasa gedən COVID xəstəsi saxlanıldı
Ağsuda yasa gedən aktiv koronavirus xəstəsi saxlanılıb.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Ağsu rayonunda koronavirus infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilən Kəndoba kənd sakini Üzeyir İsmayılovun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
Onun infeksiyaya yoluxduqdan sonra yas mərasiminə getdiyi və oradakı digər şəxslərin də sağlamlığı üçün real təhlükə yaratdığı məlum olub.
Ü.İsmayılov barəsində cinayət işi başlanılıb.
Daha çox