Partiyalar və dini qurumlar media qurumu təsis edə bilməyəcək

XƏBƏR
11:53
10 Dekabr 2021
516

Siyasi partiyalar və dini qurumlar (çap mediası istisna olmaqla) media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər.

Sabah.az xəbər verir ki, bu məsələ "Media haqqında" qanun layihəsində öz əksini tapıb.

Bundan əlavə, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər də media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər.

Xəbər lenti