Fransa səfirindən Daşaltı hadisəsi ilə bağlı paylaşım
09:57
10 Dekabr 2021
546Fransanın Azərbaycandakı səfiri Zakari Qross dünən Şuşada mina partlayışı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Sabah.az xəbər verir ki, fransalı səfir rəsmi tviter hesabındakı paylaşımında bildirib:
“Fikrim bu gün Daşaltıda mina partlaması nəticəsində həlak olan iki mülki şəxsin ailələrinin yanındadır”.
Qeyd edək ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində iki mülki şəxs minaya düşüblər. Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.
Daha çox