Ləğv edilmiş MTN-in şöbə müdiri bu xəstəliklərdən ölübmüş - Rəsmi
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsdə vəfat edən ləğv edilmiş Milli Təhlüksizlik Nazirliyinin şöbə müdiri Zakir İsmayılovla bağlı açıqlama verib.
Sabah.az xəbər verir ki, qurumun mətbuat xidmətindən bildirilib ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.
Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Z.İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.
Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib.
Daha çox