Bu çayın üzərində 290 metrlik körpü inşa edilir - Fotolar

XƏBƏR
15:21
9 Dekabr 2021
777

Tovuz çayı üzərində 290,42 metr uzunluğa malik körpü inşa edilir.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qeyd olunub ki, Tovuz çay körpüsü M2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində inşa edilir.

Körpüdə 2 hərəkət hissə, sağ və sol tərəfdə mühafizə zolağı və hər iki tərəfdə piyada yolunun olması nəzərdə tutulub.

Tovuz çay körpüsü ilə yanaşı, layihə çərçivəsində 27 m-dən 290 m-ə qədər uzunluqlara malik 41 körpünün (yol qovşağı, yol ötürücüsü, körpü) inşası davam etdirilir.

Xəbər lenti