Yaşlı kişi metroda öldü

XƏBƏR
09:22
9 Dekabr 2021
1220

Bu gün səhər saatlarında metroda yaşlı sərnişin vəfat edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O qeyd edib ki, bu gün səhər 08:10 radələrində yaşlı bir kişi qatarda özünü pis hiss edib:

“Həmin sərnişin "28 May" stansiyasında platformaya düşürülüb. Artıq həmin vaxt sərnişin özündə olmayıb. Hadisə yerinə Təcili Tibbi Yardım dərhal çağırılıb və ölüm faktını təsdiq edib”.

Xəbər lenti