İspaniyada futbolçu koronavirusdan öldü
İspaniyanın həvəskarlar liqasında çıxış edən "Atletiko Portado Alta" klubunun oynayan məşqçisi Fransisko Qarsiya koronavirusdan vəfat edib.
Sabah.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilib ki, Malaqada infeksiyaya yoluxan 21 yaşlı Qarsiyanın həyatını xilas etmək mümkün olmayıb. O, ötən gün xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, son məlumata görə, İspaniyada koronavirus pandemiyasından 297 insan ölüb.
Daha çox