AMEA-da yeni təyinat

XƏBƏR
18:37
16 Mart 2020
89

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr təyinatı olub.

Sabah.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev tutduğu vəzifədən azad edilərək başqa vəzifəyə keçirilib. Qurumun müdiri vəzifəsinə  Elmira Əliyeva təyin edilib.

Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncamlar imzalayıb.

Qeyd edək ki, Elmira Əliyeva daha öncə sözügedən şöbənin Kadrlar sektorunda baş mütəxəssis vəzifəsində çalışırdı.

Xəbər lenti