Sabiq nazirin həbs müddəti 3 ay uzadıldı

XƏBƏR
13:50
6 Dekabr 2021
781

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs müddəti uzadılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsindən verilən məlumata görə, təxminən 2 həftə öncə məhkəmə tərəfindən sabiq nazir barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib və S.Müslümov barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 3 ay uzadılıb.

Qeyd edək ki, Səlim Müslümov bu ilin fevralında DTX tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.

Xəbər lenti