Oğurladıqları avtomobili hissələrə ayırıb satmaq istəyən şəxslər tutuldu - Video

ÖLKƏ
13:37
6 Dekabr 2021
1316

Paytaxt ərazisində oğurladıqları avtomobili İsmayıllı rayonuna apararaq hissələrə ayırıb satmaq istəyən iki nəfər saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 29-da paytaxt sakininə məxsus “Qaz 3110” markalı avtomobil Dərnəgül qəsəbəsi ərazisində naməlum şəxslər tərəfindən qaçırılıb. Maşını qaçıran İsmayıllı rayon sakinləri Nurlan Əliyev və Vaqif Vəlibəyov saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs əvvəlcədən planlaşdırdıqları kimi evakuator xidməti göstərən şirkətlərdən birinə zəng edərək avtomobilin nasaz olduğunu bildiriblər. Daha sonra onlar özləri ilə gətirdikləri saxta dövlət qeydiyyat nişanı və sənədləri evakuatorun sürücüsünə göstərərək nəqliyyat vasitəsini İsmayıllı rayonuna aparıblar. Nurlan Əliyev və Vaqif Vəlibəyovun məqsədi həmin avtomobili ehtiyat hissələri formasında satmaq olub. Oğurlanan avtomobil İsmayıllı rayonunda hissələrə ayrılmış formada Nurlan Əliyevə məxsus təmir sexindən aşkar olunaraq götürülüb.

Zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti