22 yaşlı gənci öldürənin kimliyi bilindi

XƏBƏR
10:19
6 Dekabr 2021
728

Dekabrın 4-ü saat 16 radələrində Cəlilabad rayonu, Sabirabad kənd sakini 1999-cu il təvəllüdlü Vüsal Əliyev yaşadığı kənd ərazisində bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölüb.

Sabah.az xəbər verir ki, rayon prokurorluğundan verilən məlumata görə, ona həmkəndlisi 1976-cı il təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirib.

V.Əliyev aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Akif Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti