Azərbaycanda fövqəladə vəziyyət elan olunacaqmı? - Açıqlama
“Bizim ölkədə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır”.
Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ölkədə fövqəladə vəziyyətin elan olunub-olunmayacağına münasibət bildirərkən deyib. R.Bayramlı deyib ki, bu, vəziyyətdən asılıdır:
“Əgər belə bir təhlükə görsək, dərhal müvafiq qurumlara, hökumətə müraciət edərik. Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesi nəzarətdə saxlamalığımz buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkələri fövqəladə vəziyyət elan edib, amma Azərbaycanda vəziyyət elə deyil. Bizdə koronavirusla bağıl intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”.
R.Bayramlı qeyd edib ki, karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalardadır: “Ağır halda olanlar Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyyətdə olanlar isə rayonlardakı xəstəxanalardadır”.
Daha çox