“711 nəfər karantindən buraxılıb, 560 nəfər karantindədir” - Rəsmi

GÜNDƏM
17:53
16 Mart 2020
265

"Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik”.

Sabah.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Nazirlər Kabineti yanında Operativ Qərargahn üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud durum vəziyyət barədə məlumat verərkən bildirib.

R. Bayramlı deyib ki, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb, hazırda karantində 560 nəfər var:

“Bu günə qədər 4200-ə qədər müayinə aparılıb. 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və onlar sağalaraq evə buraxılıblar”.

Xəbər lenti