Hərbi qulluqçumuz həlak oldu
Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən qayadan yıxılaraq həlak olub.
Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Daha çox