Keçmiş polis əməkdaşı və ailəsi yanğında həlak oldu

XƏBƏR
10:05
2 Dekabr 2021
844

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi evdə yanğın qeydə alınıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə baş verən evdə 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, həyat yoldaşı Kərimova Nailə İsa qızı və bir yaş yarımlıq  oğlu Pünhan tüstüdən boğularaq həlak olublar.

Yanğın evin damından başlayıb və tavanın materiallarının yanması nəticəsində bir ailənin üzvləri boğulub.

Miri Kərimov keçmiş polis əməkdaşıdır.

Xəbər lenti