Bügünkü aksiyada saxlanılanlar var

XƏBƏR
17:18
1 Dekabr 2021
446

Bu gün saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında toplaşaraq aksiya keçirib.

Məsələyə Daxili İşlər Nazirliyi münasibət bildirib. Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən açıqlamada deyilir:

"Bir qrup şəxs ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.

Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".

Xəbər lenti