Qəzadan iki gün sonra nişanı olacaqdı

ÖLKƏ
14:59
1 Dekabr 2021
814

Ötən gün Xızıda helikopter qəzasında həlak olan tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun dekabrın 2-də nişan mərasimi keçirilməli imiş.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı şəhidin dayısı "Qafqazinfo"ya təsdiqləyib.

Qeyd edək ki, C.Əhmədxanov 1988-ci il oktyabrın 18-də anadan olub. O, əslən şəkili olsa da, Bakıda yaşayıb. Dostları onun sadə və səmimi, gülərüz biri kimi xatırlayırlar.

Bildirək ki, ötən gün C.Əhmədxanov məlum qəzadan 13 dəqiqə əvvəl paylaşdığı foto ilə yadda qalıb.

Xəbər lenti