Şəhidlərlə vida mərasimi keçirildi - Yenilənib+Fotolar+Video
Xızıda helikopter qəzası zamanı həlak olan hərbçilərlə bu gün vida mərasimi keçirilir.
Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, şəhidlərin qohumları, dostları onlarla vidalaşmaq üçün Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksinə toplaşıb.
***
Şəhidlərin nəşi Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksinə gətirilib. Azərbaycan Dövlət Himni səsləndirilib.
Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Ayaz Hüseynov çıxış edərək şəhid hərbçilər haqda bioqrafik məlumat verir.
***
Şəhidlərin nəşi dəfn olunmaq üçün II Şəhidlər Xiyabanına aparılır.
Fotolar: İlqam Cəbiyev
Daha çox