ABŞ səfiri Azərbaycana başsağlığı verdi

XƏBƏR
10:48
1 Dekabr 2021
514

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger helikopter qəzası nəticəsində 14 hərbçimizin şəhid olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Sabah.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi feysbuk səhifəsində məlumat verilib:

“Səfir Litzenberger helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir. Bu itkinin acısını ailələri və dostları ilə yaşayır, dərdinizi bölüşür və dərin hüznlə başsağlığı veririk”.

Xəbər lenti