Rusiya və Belarus səfirlikləri Azərbaycana başsağlığı verdi

XƏBƏR
10:36
1 Dekabr 2021
476

Rusiyanın Azərbaycandakı səfirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycana bağsağlığı verib.

Sabah.az xəbər verir ki, səfirliyin tviter hesabında edilən paylaşımda deyilir:

“Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların qohumlarına və yaxınlarına başsağlığı veririk və yaralılara şəfa diləyirik.

Allah rəhmət eləsin!”

***

Belarusun Azərbaycandakı səfirliyi: “Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonunda qəzaya uğrması nəticəsində insanların faciəvi şəkildə həlak olması barədə xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik”.

Xəbər lenti