Hulusi Akar Zakir Həsənovla Elçin Quliyevə zəng etdi

XƏBƏR
16:57
30 Noyabr 2021
389

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə zəng edib.

Sabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hulusi Akar telefon danışığı zamanı tərəflərə Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığını çatdırıb.

Türkiyəli nazir qəza zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Bununla yanaşı, H.Akar Azərbaycan xalqına başsağlığı verib və həlak olanların ailəsinə səbr diləyib.

Xəbər lenti