Cəbrayılda kişi tikinti işləri zamanı minaya düşdü

XƏBƏR
15:59
29 Noyabr 2021
664

Cəbrayıl rayonunda 41 yaşlı kişi tikinti işləri aparan zaman minaya düşüb.

Sabah.az xəbər verir ki, Prokurorluqdan verilən məlumata görə, 29 noyabr 2021-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşüb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti