“Omicron” Azərbaycanda da aşkarlanıb?

ÖLKƏ
11:22
29 Noyabr 2021
1325

Koronavirusun yeni “Omicron” ştamının peyda olması bir sıra ölkələri pandemiya ilə mübarizə planlarını yenidən nəzərdən keçirməyə vadar edib.

Sabah.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Afrikadan olan həkimlərin verdiyi məlumata görə, bu ştama yoluxmuş insanlarda qoxu və dad bilmə itmir.

Bu xəstələrdə yalnızca temperaturun qalxması və halsızlıq müşahidə edilir. Bununla yanaşı, əksər xəstələrdə, həmçinin nəbzin sürətlə vurması təyin olunub. Həkimlər qeyd edir ki, “Omicron” ştamı ilk olaraq gənc insanlar arasında yayılır.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayevin verdiyi məlumata görə, Azərbaycanda “Omicron” ştammı aşkarlanmayıb.

O bildirib ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb. Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb.

Xəbər lenti