Məşhur şadlıq sarayları cərimələndi - Video

XƏBƏR
16:12
27 Noyabr 2021
715

Bakıda 311 şadlıq sarayı, restoran və digər iaşə obyektlərində nəzarət-profilaktik tədbirlər keçirilib.

Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, bir neçə obyektdə karantin qaydalarının pozulması halları aşkar edilib.

“Noyabrın 26-da polis əməkdaşları tərəfindən Bakı şəhərində 311 şadlıq sarayı, restoran və digər iaşə obyektlərində xüsusi karantin rejiminin tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Nəticədə, bir neçə obyektdə, o cümlədən, Səbail rayonunda “Mojo” gecə klubu, “Vinice Pub” restoranı, Nizami rayonunda “Ay İşığı” və “Grand Neon” şadlıq sarayları, Nərimanov rayonunda isə “Kaştan” çay evində karantin qaydalarının pozulması halları aşkar edilib. Adları çəkilən obyektlərin icarədarları və karantin qaydalarına nəzarət etməli olan məsul əməkdaşları barədə inzibati protokollar tərtib olunub”, - DİN-nin məlumatında qeyd olunur.

Xəbər lenti