XİN rəhbərindən Soçi görüşü ilə bağlı - Açıqlama

XƏBƏR
16:04
27 Noyabr 2021
783

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, o cümlədən 26 noyabr tarixində üç liderin imzaladığı Bəyanatda da qeyd edildiyi kimi, kommunikasiyaların yenidən canlandırılması, bölgədə dəmir yolu və avtomobil yollarının açılması regionumuzda davamlı sülh və sabitliyə yol açacaq, Ermənistan və Azərbaycan vasitəsilə ticarət və nəqliyyatı, həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə əhəmiyyətli dərəcədə artıracaq”.

Sabah.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında çıxışı zamanı deyib.

“Bu mənada ön plana çıxan təşəbbüs Zəngəzur dəhlizidir. O, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizində daha yaxşı əlaqəni artırmaq üçün potensiala malikdir.

Azərbaycan hökuməti azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. İşğaldan azad edilmiş şəhər və qəsəbələrin köçürülməsinin baş planları hazırlanır.

Nəhəng nəqliyyat və enerji infrastrukturu layihələri, xüsusilə bir neçə magistral və elektrik şəbəkələrinin, eləcə də üç hava limanının tikintisi həyata keçirilir”, - XİN rəhbəri qeyd edib.

Xəbər lenti