64 yaşlı kişi intihar etdi
10:06
27 Noyabr 2021
695Zaqatalada intihar hadisəsi baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Danaçı kəndində baş verib.
Kənd sakini, 1957-ci il təvəllüdlü Zeynalabid Məmməd oğlu Abakovun meyiti yaşadığı evin həyətində yerləşən tövlədən asılı vəziyyətdə aşkar edilib.
Əsəb xəstəliyindən əziyyət çəkən Z.Abakovun intihar etdiyi məlum olub.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha çox